Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

rubio-gelen-hefte-yaxin-serqe-sefer-edecek
Oxunma sayı: 190

ABŞ Dövlət katibi Marko Rubionun gələn həftə Yaxın Şərqə səfər etməsi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Rubio səfər çərçivəsində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə gedəcək.

Məlumata əsasən, ABŞ Dövlət katibinin Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə də iştirak edəcəyi gözlənilir.

ABŞ Dövlət Departamenti səfərlə bağlı yayılan məlumatlara hələlik rəsmi münasibət bildirməyib.