Mərhum aktyor, Azərbaycan SSR Əməkdar artisti Həsən Əblucun həyat yoldaşı Firəngiz Əbluc vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Elnaz Əbluc Həsən sosial şəbəkə hesabında məlumat yayıb.
O, sosial media hesabında anasının son görüntülərini paylaşaraq bu sözləri qeyd edib:
“Axı sən düzəlirdin. Bu video sənin hamı ilə vidalaşmağını əks etdirir. Niyə məni tək qoydun?”
Xatırladaq ki, F. Əbluc səhhətində yaranmış ciddi problemlər səbəbindən bu ilin may ayında xəstəxanaya yerləşdirilmişdi.
Son xəbərlər
Son Xəbərlər