“Qarabağ”ın bir oyunu ləğv edildi

qarabagin-bir-oyunu-legv-edildi
Oxunma sayı: 1122

Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də Avstriyada “Qarabağ”a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.

Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər.