“Böyük Səkkizlik” (G8) formatının qorunub saxlanılması və Rusiyanın bu formatda iştirakının davam etməsi Ukraynadakı müharibənin qarşısını ala bilərdi.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios” portalına verdiyi müsahibəsində bəyan edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, zamanında G8 formatını qorumaq mütləq idi:
“Əgər bunu etsəydilər, yəqin ki, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı. Lakin Barak Obama Putini orada görmək istəmədi. Düşünürəm ki, daha bir və ya iki lider də eyni fikirdə idi. Onlar Putini kənarlaşdırmaq istədilər, amma G8 formatının olduğu kimi qalması çox daha yaxşı olardı”.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Rusiya lideri Vladimir Putini Mayamidə keçiriləcək “Böyük İyirmilik” (G20) sammitinə dəvət etdiyini açıqlamışdı. ABŞ Prezidenti Putinin bu sammitdə iştirakının “çox faydalı” ola biləcəyini vurğulamışdı.
Son xəbərlər
Son Xəbərlər