“Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də önəmli deyil” - Dambrauskas

puskatmada-bize-hansi-komandanin-dusmesi-o-qeder-de-onemli-deyil
Oxunma sayı: 515

“Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də önəmli deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Litvalı mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibləri TNS barədə fikirlərini bildirib. O, Uels klubu önündə istəyin böyük rol oynayacağını düşünür: “Əsas məsələ bizim necə hazırlaşmağımız, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı olmağımızdır”.

Qeyd edək ki, “Sabah” TNS-lə ilk oyununu iyulun 7-də və ya 8-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.