“Azərsığorta”nın lisenziyası ləğv edildi

azersigortanin-lisenziyasi-legv-edildi
Oxunma sayı: 1494

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.

Bu barədə “Qafqazinfo”ya AMB-dən məlumat verilib.

Qeyd edək ki, Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanıb.