Azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır yaralandı

azyaslinin-elinde-pirotexniki-vasite-partladi
Oxunma sayı: 4863

Cəlilabadda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.