Bağanis-Voskepar yolu minatəmizləmə işləri üçün bağlandı

baganis-voskepar-yolu-minatemizleme-isleri-ucun-baglandi
Oxunma sayı: 1213

Ermənistanın Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin həyata keçirilməsi üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, vətəndaşlara həmin ərazilərdən kənar durmaqla bağlı xəbərdarlıq edilib.

Həmçinin qeyd olunub ki, delimitasiyadan sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına təhvil veriləcək.

Xatırladaq ki, aprelin 22-də Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində minatəmizləmə işlərinə başlanılıb.