Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto

baki-sumqayit-yolunda-avtobuslarin-suseleri-sindirildi
Oxunma sayı: 1135

Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtobuslara kənardan daş atılıb.

“Qafqazinfo” xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə avtomobillərə daş ataraq şüşələrini sındıran və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan yetkinlik yaşına çatmayan iki şəxs müəyyən olunub.

Onlar valideynləri ilə birgə polis orqanına gətirilərək izahatları alınıb. Bu cür davranışların insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı onların diqqətinə çatdırılıb. Valideynlərə isə övladlarına nəzarəti gücləndirmələri barədə xəbərdarlıq edilib.

Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir.