9-cu mərtəbədən yıxılan kişi öldü

9-cu-mertebeden-yixilan-kisi-oldu
Oxunma sayı: 1214

Bakıda 9-cu mərtəbədən yıxılan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Dünən saat 18 radələrində 1993-cü il təvəllüdlü Elmir Fuad oğlu Əhmədov yaşadığı Gəncə prospektində binanın 9-cu mərtəbəsindəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.