Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var

bakida-iki-qardas-bicaqlandi
Oxunma sayı: 1773

Bakıda iki qardaş bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşına münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.