Məşhur türkiyəli aktrisa İrem Helvacıoğlu ana olacaq.
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, aktrisanın 3 aylıq hamilə olduğu bildirilir.
İrem Helvacıoğlu və biznesmen həyat yoldaşı Ural Kaspar mövzu ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, onlar ötən ilin oktyabr ayında ailə həyatı qurublar. Cütlüyün bəy-gəlin tərzi sosial medianın Türkiyə seqmentində maraqla qarşılanmışdı.
Xatırladaq ki, İ. Helvacıoğlu “Sen anlat, Karadeniz” serialında “Nəfəs” obrazı ilə populyarlıq qazanıb.