Bakıda kişi baldızı tərəfindən bıçaqlandı

bakida-kisi-baldizi-terefinden-bicaqlandi
Oxunma sayı: 4809

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

"Qafqazinfo" xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.