Bakıda 4-cü sinif şagirdi itkin düşüb.
“Qafqazinfo”nun məlumatına görə, Əlizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.
Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.
Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Məlumata görə, azyaşlı fotodakı geyimdə olub.
***
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı barəsində axtarış elan olunub.
Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
İtkin düşən azyaşlı Xətai RPİ-nin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Məlumata görə, o, “Play station” oyun salonunda tapılıb. Onun itkin düşməsində kriminal tərkib yoxdur.