Bakıda məmur oğluna qarşı külli miqdarda dələduzluq

bakida-memur-ogluna-qarsi-kulli-miqdarda-deleduzluq
Oxunma sayı: 9023

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə 33 yaşlı biznesmen İkram Əhmədov polisə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov “Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədovun oğludur. 

Xəbəri rus dilində oxuyun: Так празднуют Новруз военные, стоящие на страже Шуши - Видео

В отношении сына чиновника совершено мошенничество в крупном размере