Bakıda “Prius”la “Range Rover” toqquşdu - Video

bakida-priusla-range-rover-toqqusdu
Oxunma sayı: 4564

Bakıda “Toyota Prius” markalı avtomobilin iştirakı ilə daha bir yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu Füzuli küçəsində eyni istiqamətdə hərəkət edən “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub.

Sağ tərəfdən digər avtomobilin onun üzərinə gəldiyini görən “Range Rover”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çıxıb, həmçinin yol kənarındakı avtobus zolağı işarəsini sındırıb.

Video: Oxu.Az