Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

bakida-qadin-liftin-qapisinin-arasinda-qalaraq-olubmus
Oxunma sayı: 4468

Bakıda qadının ölümü ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-sı Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün FHN də paytaxtın Binəqədi rayonunda 1 nəfərin liftdə qalaraq ölməsi barədə məlumat yaymışdı.