Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.
Son xəbərlər
Son Xəbərlər