ABŞ-nin hazırkı prezidenti Co Baydenin dekabrın 2-də başlayan səfəri ilə əlaqədar Anqolanın bir sıra şəhərlərində küçə ticarəti və dəfn mərasimləri qadağan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Anqolanın “O Novo Jornal” nəşri məlumat yayıb.
“Benqelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək” , - deyə nəşr qeyd edir.
Nəşrin məlumatına görə, Amerika lideri Benqela əyalətindəki dəmir yoluna baş çəkmək niyyətindədir. Bundan əlavə, Katumbela və Luonqo bələdiyyələrində dekabrın 4-də keçirilməsi planlaşdırılan dəfn mərasimləri dekabrın 5-nə təxirə salınacaq.