“Köhlən atlar”ın qələbəsi ilə başa çatan “Qarabağ”- “Ayntraxt” oyununun son dəqiqələrində Bəhlul Mustafazadənin vurduğu qol mühüm hadisə kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, o bu qolla Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın heyətində qol vuran ilk azərbaycanlı kimi yaddaşlara yazılıb.
Qeyd edək ki, bu günə kimi “Qarabağ” ÇL-də iki dəfə – 2017-2018 və 2025-2026 mövsümündə iştirak edib.
Son xəbərlər
Son Xəbərlər