Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum - Ölən və xəsarət alan var

qara-denizde-turkiye-bayraqli-baliqci-gemisine-hucum
Oxunma sayı: 332

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilir ki, Krımın qərbində, Sevastopol sahillərində Türkiyə bayraqlı “Duru 67” adlı gəmiyə hücum edilib. Hücum nəticəsində gəmi batıb və 1 balıqçı həyatını itirib, 4-ü isə yaralanıb.