Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

lenkeranli-gencler-slovakiyaya-tehsil-turuna-yola-salinib
Oxunma sayı: 331

Azərbaycanlı gənclərin beynəlxalq təhsil və təcrübə proqramlarında iştirakının dəstəklənməsi istiqamətində növbəti əhəmiyyətli addım atılıb. 

“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonunu təmsil edən bir qrup fəal gənc Slovakiyaya təşkil olunan xüsusi təhsil turuna yola salınıb.

Sözügedən təhsil proqramı Slovakiya Parlamenti və Azərbaycan Respublikasının Slovakiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Gənclərin yolasalma mərasimində 77 saylı Lənkəran şəhər  seçki dairəsindən millət vəkili seçilmiş Fariz İsmayılzadə, o cümlədən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov iştirak ediblər.

Millət vəkilləri gənclərlə görüşərək onlara uğurlar arzulayıb, bu növ beynəlxalq proqramların gənclərin dünyagörüşünün artmasında, Azərbaycan həqiqətlərinin xaricdə təbliği və ölkələr arası mədəni-təhsil əlaqələrinin güclənməsində böyük rol oynadığını vurğulayıblar.

Təhsil turu çərçivəsində lənkəranlı gənclərin Slovakiyanın aparıcı təhsil müəssisələri ilə tanışlığı, rəsmi görüşləri və mədəniyyət mübadiləsi proqramlarında iştirakı nəzərdə tutulub.