Aeroport yolunda piyadanı maşın vurub öldürdü

aeroport-yolunda-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 797

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda qeydə alınıb.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.