Bəhlulun qoldan sonra ağladığı an... - Video

behlulun-qoldan-sonra-agladigi-an
Oxunma sayı: 1497

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi “Ayntraxt Frankfurt” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı Bəhlul Mustafazadə olub.

Matçın gedişində rəqibin xeyrinə penaltiyə səbəb olan müdafiəçi oyunun son dəqiqəsində vurduğu qələbə qolu ilə komandasına 3 xal qazandırıb. Qoldan sonra duyğusal anlar yaşayan Bəhlul gözyaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” xallarının sayını 10-a yüksəldərək turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.