Belqoroda hücumda ölənlərin sayı artdı - Video+Yenilənib

belqoroda-hucumda-olenlerin-sayi-artdi
Oxunma sayı: 6069

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, raketlərdən biri ticarət mərkəzinə düşüb.

Raket qalıqlarının, həmçinin futbol meydançasına düşdüyü bildirilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb. 

***

Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində ölənlərin sayı artıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov hücumun qurbanlarının sayının 7-yə çatdığını açıqlayıb.