Putin onu müdafiə naziri postuna təklif etdi

putin-onu-mudafie-naziri-postuna-teklif-etdi
Oxunma sayı: 7144

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

Qeyd edək ki, Belousov bundan əvvəlki hökumətdə Baş nazirin birinci müavini vəzifəsini tutub. Rusiyanın müdafiə naziri vəzifəsini isə ordu generalı Sergey Şoyqu icra edib. S. Şoyqu bu gün Putinin əmri ilə Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib.