Bərdədə iki maşın toqquşdu - Sürücü öldü

berdede-iki-masin-toqqusdu
Oxunma sayı: 2577

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əyricə kəndində qeydə alınıb.

“VAZ 2107” və “Ford Fusion” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ”ın sürücüsü Eldəniz Məmmədov hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.