Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında aşıb.
Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Beyləqanda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
Məlumata görə, Məmmədov Nizami Zahid oğlu həyatın itirib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.
Yaralılar Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 19:00 radələrində baş verən avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) hospitalizasiya olunub.
Bildirilib ki, 1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər