Derbidəki qalmaqallı penaltiyə “Beşiktaş”dan sərt reaksiya - “Əmək oğruları”

derbideki-qalmaqalli-penaltiye-besiktasdan-sert-reaksiya
Oxunma sayı: 589

Türkiyə Super Liqasının 28-ci həftəsində “Fənərbaxça”ya minimal hesabla (1:0) məğlub olan “Beşiktaş” qarşılaşmanın qalmaqallı penalti qərarı ilə bağlı sərt bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar”ın rəsmi sosial şəbəkə hesablarında müzakirələrə səbəb olan penalti epizodunun fotoları paylaşılıb.

İstanbul klubu qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyini iddia edib. “Beşiktaş” rəhbərliyi sözügedən paylaşımı “Əmək oğurluğu” qeydi ilə təqdim edərək, hakim qərarına kəskin etirazını bildirib.

Xatırladaq ki, matçın 90+7-ci dəqiqəsində müdafiənin arxasına atılan uzun topa qaçan Nenenin “Beşiktaş”ın müdafiəçisi Aqbadou ilə mübarizəsinin ardınca cərimə meydançasında yerdə qalmasından sonra hakimi Yasin Kol penalti nöqtəsini göstərmişdi. 90+10-cu dəqiqədə topun başına keçən Kerem Aktürkoğlu isə dəqiq zərbə ilə “sarı-lacivərdlilər”ə qələbə qazandıran qolu vurmuşdu.