Danimarka ordusu ABŞ-nin Qrenlandiyanı güclə ələ keçirmək cəhdinə qarşı gizli təxribat planı hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “National Interest” nəşri məlumat yayıb.
Bildirilib ki, plana əsasən, mümkün hərbi müdaxilə zamanı adadakı aerodromların uçuş-enmə zolaqları dərhal sıradan çıxarılacaq. Strategiyanın əsas məqsədi ABŞ qoşunlarının genişmiqyaslı desant çıxarmasını çətinləşdirmək, hərbi əməliyyatın xərclərini artırmaq və Vaşinqtona ciddi psixoloji təsir göstərməkdir.
Xatırladaq ki, bir qədər əvvəl Almaniya Danimarkaya gərginliyi azaltmaq üçün Qrenlandiyanı 1 trilyon dollara ABŞ-yə satmağı tövsiyə etsə də, Kopenhagenin son hərbi hazırlıqları adanı asanlıqla təhvil vermək niyyətində olmadığını göstərir.
Son xəbərlər
Son Xəbərlər