Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan RİH-in rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları, idarə və müəssisə əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Beyləqan RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, əzmini və iradəsini nümayiş etirib.
RİH başçısı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalq–dövlət birliyinin sarsılmazlığı nəticəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi - əsrlər boyu yaddaşlardan silinməyəcək bir zəfər salnaməsi yazdı. Sabah paytaxt Bakı şəhərində keçiriləcək möhtəşəm zəfər paradını vurğulayan rayon rəhbəri, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirib.
Tədbirin davamında şəhid ailələri adından Bənövşə Fərzəliyeva, Vətən Müharibəsi qazisi Orxan Həsənov və digərləri çıxış edərək Zəfərin qürurundan və dövlətimizin şəhid ailəri və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.
Ziyafət tədbiri Beyləqan rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa həm qələbə sevincini, həm də şəhidlərin xatirəsinə sonsuz ehtiramı əks etdirib.













Son xəbərlər
Son Xəbərlər