Beynəlxalq Ədalət Məhkəməsi Rusiya ilə bağlı qərar verdi

beynelxalq-edalet-mehkemesi-rusiya-ile-bagli-qerar-verdi
Oxunma sayı: 3063

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı 2 iddiasını qismən təmin edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Ali məhkəmə orqanı Rusiya ilə bağlı qərarını elan edib.

Qərarda, Rusiyanın BMT-nin “terrorizmlə mübarizə” müqaviləsinin elementlərini pozduğu müəyyən edilib, lakin Kiyevin Malayziya Hava Yollarının vurulmasına görə Moskvanın məsuliyyət daşıması ilə bağlı irəli sürdüyü iddialara münasibət bildirilməyib. Təmin olunan digər iddia Krımın ilhaqından sonra Ukrayna dilində tədrisin məhdudlaşdırılmasıdır.

Xatırladaq ki, Ukrayna 16 yanvar 2017-ci ildə məhkəməyə müraciət edərək Rusiyanı terrorun maliyyələşdirilməsi, irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı beynəlxalq konvensiyaları pozmaqda ittiham etmişdi.