Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin ölümünün üçüncü ildönümü ilə bağlı instaqram hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün sənsiz keçən 3-cü ildir…
Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır… Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi…
Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan…
Xatirələrdə, dualarımda həmişə yanımdasan.
Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan.
Ruhun şad olsun… Mən sənin üçün hər gün daha çox darıxıram…”
Xatırladaq ki, O.Əliyev 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər