Jurnala bir “5” yazıldı... - Video

jurnala-bir-5-yazildi
Oxunma sayı: 539

Xəbər verdiyimiz kimi, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşündən qalib ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.

Onun final görüşündən ən yaddaqalan kadrları təqdim edirik: