Naxçıvanda ağır qəza - Yaralılar var - Foto

naxcivanda-agir-qeza
Oxunma sayı: 367

Naxçıvanda ağır yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar  2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1986-cı il təvəllüdlü Gülay Abbasova, 1982-ci il təvəllüdlü Namiq Hacıyev, 2017-ci il təvəllüdlü İsa Nağıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı