Əfqanıstanda güclü zəlzələ oldu

efqanistanda-guclu-zelzele-oldu
Oxunma sayı: 453

Əfqanıstanın Hindukuş dağlıq rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin ocağı 110 kilometr dərinlikdə yerləşib. İlkin olaraq 5,8 maqnitudalı qiymətləndirilən zəlzələnin gücü sonradan 5,2 olaraq dəqiqləşdirilib.

Hadisə nəticəsində ölənlər, xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.