Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var

seudiyye-erebistaninda-raket-qaliqlari-evler-olan-eraziye-dusdu
Oxunma sayı: 371

Səudiyyə Ərəbistanının cənubunda ballistik raketlərin zərərsizləşdirilməsindən sonra onların qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Yəməndəki “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən buraxılan iki ballistik raket ələ keçirilərək məhv edilib. Raketlərin qalıqları Xamis-Muşait və Əhəd-Rufeydə əyalətlərində yerə düşüb.

Xəsarət alanlardan birinin Səudiyyə Ərəbistanı vətəndaşı, digərinin isə Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilib.

Hadisə nəticəsində üç yaşayış binasına və yeddi avtomobilə də ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 25-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilər tərəfindən ölkəyə doğru buraxılan raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb.