Həyat ona belə gözəldir - Fotosessiya

heyat-ona-bele-gozeldir-fotosessiya
Oxunma sayı: 711

Xalq artisti cazibədarlığını nümayiş etdirir.

Milli.Az xəbər verir ki, çox yaxın günlərdə Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın hit-paradlarda yer alan "Hayat ona güzel" mahnısının klipi tamaşaçılara təqdim olunacaq.

Söz və musiqi tanınmış türk müğənnisi və bəstəkarı Serdar Ortaca məxsus olan mahnı rejissor Murat Küçük tərəfindən ekranlaşdırılıb.

Çəkilişlər yayda aparılsa da, montajın xüsusi effektlərlə zənginləşdirilməsi ekran işinin indilərdə hazır olması ilə nəticələnib.

Kamera önündə cazibədarlığı ilə göz oxşayan Aygün xanımın çox danışılacaq fotosessiyasını sizə təqdim edirik.