“Binanın yanğın baş verən hissəsində tələbələr yaşamır” - Nazirlik

binanin-yangin-bas-veren-hissesinde-telebeler-yasamir
Oxunma sayı: 1608

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasında yanğın baş verib.

Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın kollecin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində qeydə alınıb.

Nazirliyin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. 

Qeyd edilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.