Binə və Sədərəkdə əməliyyat keçirildi

bine-ve-sederekde-emeliyyat-kecirildi
Oxunma sayı: 13310

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Xəbəri rus dilində oxuyun: Шеф-редактора “Sputnik Азербайджан” высылают из страны

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

Həmçinin oxuyun: İki dayısı oğlu ilə birgə qızı oğurlayan gənc - “Onu toyda görmüşdüm”

Nizam Rza