Binəqədidə ahıllar ziyarət edildi

bineqedide-ahillar-ziyaret-edildi
Oxunma sayı: 1169

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.

"Qafqazinfo" xəbər verir ki, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının məhsul şəxsləri, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.