“Biz əlimizdən gələni etdik” - “Slaviya”nın baş məşqçisi

biz-elimizden-geleni-etdik
Oxunma sayı: 496

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində ikinci tura start verilib. “Sabah” Bakıda ilk görüşünə çıxıb. Azərbaycan çempionu “Slaviya”nı (Praqa) qəbul edib. Təmsilçimiz matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, “Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski matçdan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:

“Matçı düzgün keçirmədik. Xüsusilə də ilk hissəni. Baxmayaraq ki, ilk hissə 0:0 hesabı ilə başa çatdı... Bunun bir çox səbəbi var. Səhvlərə yol verməməli idik. Ancaq səhvlər etdik və qol da vura bilmədik. Bunun niyə belə alındığını bilmirəm. Ola bilsin ki, müxtəlif mövqelərdə zəif çıxış etdik. Rəqibin pressinqi ilə üzləşdik və top itkilərinə yol verdik. İkinci hissədə rəqib təzyiqini artırdı və meydanın mərkəzində bizi üstələdi. Futbolçularım çox məyusdurlar. Biz əlimizdən gələni etdik”.

 – “Sabah”la oyun Fransanın “Lans” komandasına qarşı keçirdiyiniz əvvəlki matçdan nə dərəcədə fərqlənirdi?

– Müəyyən səbəblərə görə məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qol epizodları yaradıb qələbə qazana biləcəyik. Lakin ən yaxşı oyunumuzu göstərə bilmədik. Rəqib qələbə qazanmağı sevir. Cərimə meydançasında ağıllı və düşünülmüş hərəkət etmək lazımdır. Oyun ərzində vəziyyəti dəyişmək futbolçuların fərdi ustalığından asılıdır. Başımıza gələnləri yaşadıq. Bir çox məsələyə toxunmaq istəmirəm. Favorit hesab olunmaq şansımız azdır. “Lans”la oyuna yaxşı hazırlaşmışdıq. Ancaq bu matçda gözlədiyim oyunu görə bilmədim.