UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeş dəstəyindən məhrum olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi bəyanatında yer alıb.
Qərara əsasən, cəzalandırmaya Avropa Liqasının I təsnifat mərhələsinin “Derri Siti” ilə cavab görüşü zamanı bolqarıstanlı fanatların nümayiş etdirdiyi intizamsız davranışlar səbəb olub. Şərqi Avropa təmsilçisinin azarkeşlərinin qayda pozuntularını nəzərə alan qitə futbol qurumu Sofiya klubunun növbəti səfər matçında azarkeşlərinin iştirakına qadağa qoyub.
Qeyd edək ki, “Qarabağ”la MOİK arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da Sofiyada tutacaq.
Son xəbərlər
Son Xəbərlər