“Breaking Bad” serialında Uolter Uaytın oğlu obrazı ilə tanınan amerikalı aktyor Ar Cey Mittin ölüm səbəbi bilinib.
“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı aktyorun nümayəndəsi onun intihar etdiyini açıqlayıb.
Ar Cey Mitt oktyabrın 12-də ABŞ-ın Texas ştatının Braunsvill şəhərində vəfat edib.
ABŞ-nin Missisipi ştatının Cekson şəhərində anadan olan Ar Cey Mittə üç yaşında serebral iflic diaqnozu qoyulub. O, 2008-2013-cü illərdə yayımlanan “Breaking Bad” serialındakı rolu ilə məşhurlaşıb. Aktyor daha sonra “The Guardians of Justice” və “Switched at Birth” layihələrində, eləcə də bir sıra filmlərdə çəkilib.
Ar Cey Mitt aktyorluqla yanaşı, əlilliyi olan insanların hüquqlarının müdafiəsi və onların ekran əsərlərində daha geniş təmsil olunması istiqamətində də fəaliyyət göstərib.
Son xəbərlər
Son Xəbərlər