“Bu, ABŞ xalqına mesajdır” - SEPAH

bu-abs-xalqina-mesajdir
Oxunma sayı: 694

İranın silahlı qüvvələri ölkəni müdafiə etmək məqsədilə daim yeni silahlar hazırlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndəsi Hüseyn Möhebbi bildirib.

“Biz xalqı və ölkəni qorumaq üçün silahlı qüvvələrimizin döyüş hazırlığını daim artırırıq. Bu, SEPAH-dan ABŞ xalqına bir mesajdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 4-də ABŞ rəsmiləri bildiriblər ki, ABŞ ordusu çox yaxın vaxtlarda Fordo dağı altında yerləşdiyi iddia edilən İran nüvə obyektinə zərbə endirə bilər.