Bu dəfə alınmadı - Video

bu-defe-alinmadi
Oxunma sayı: 2356

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniya Kralı III Çarlzı qarşılayarkən artıq imzasına çevrilən salamlaşma tərzinə sadiq qalıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp Krala əlini uzadıb və onu özünə tərəf çəkməyə çalışıb.

Ancaq onun bu hərəkəti III Çarlzın müqaviməti ilə üzləşib.

Qeyd edək ki, bir müddət əvvəl Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun salamlaşması gündəm olub. Onlar salamlaşarkən Makronu özünə tərəf çəkməyə çalışmış, ortaya çıxan görüntü “qol güləşi” kimi xarakterizə edilmişdi.