“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

bu-herbi-emeliyyatlarin-genislendirilmesidir
Oxunma sayı: 495

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pezeşkian “X” hesabında paylaşıb.

O bildirib ki, bu addım tərəflər arasında davam edən atəşkəsə baxmayaraq, Vaşinqton tərəfindən faktiki olaraq “hərbi əməliyyatların genişləndirilməsi” kimi qiymətləndirilə bilər:

“Dünya İranın səbir və uzlaşma nümayiş etdirdiyinin şahidi oldu. Dəniz blokadası adı altında edilənlər, müqaviməti və müstəqilliyi uğrunda bədəl ödəyən bir xalqa qarşı hərbi əməliyyatların genişləndirilməsidir. Bu təzyiqçi yanaşmanın davam etməsi qəbuledilməzdir”.