“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Joni Montiel ÇSKA Sofiya ilə oyundan sonra jurnalistlərə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu son vaxtlar haqqında yayılan intizamsızlıq iddialarına reaksiya verərək xəbərlərin yalan olduğunu bildirib:
“Ümumiyyətlə, bu müddət ərzində çoxlu və həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Guya nizam-intizama riayət etmirdim. Bu isə mənə və ailə üzvlərimə çox pis təsir edirdi. Mən indiyə qədər olduğum komandalarda heç vaxt nizam-intizamla bağlı problem yaşamamışam. Bu, məşqçiliyin qərarıdır, çünki heyətdə bir çox futbolçular var və onlar özlərini göstərməyə çalışırlar. Son qərar baş məşqçiyə aiddir. O, kimi heyətə cəlb edirsə, bu qərara hörmətlə yanaşmaq lazımdır”.
Son xəbərlər
Son Xəbərlər