ABŞ Prezidenti Donald Tramp İranın illər ərzində öldürülən və ağır yaralanan amerikalılar üçün Tehrandan təzminat tələb edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında paylaşıb.
ABŞ liderinin təzminatla bağlı açıqlamasının səbəbi İranın da bu il baş vermiş hərbi qarşıdurma zamanı ABŞ və İsrail tərəfindən ölkəsinə vurulan zərərə görə təzminat tələb etməsidir.
“İran nümayəndələrinin son beş ayda davam edən hərbi qarşıdurma zamanı onlara dəymiş zərərə görə təzminat tələb etdiyini görürəm. Halbuki bu məsələ bizim danışıqlarımızda və görüşlərimizdə heç vaxt gündəmə gəlməyib”, - Tramp bildirib.
ABŞ Prezidenti bunu maraqlı fikir adlandıraraq, çoxsaylı münaqişələr nəticəsində öldürülən və ağır yaralanan insanlar üçün Tehrandan təzminat tələb etdiyini bildirib:
“Amma bu, maraqlı fikirdir. Çünki mən də indi İrandan öldürdükləri və ağır yaraladıqları bütün insanlar üçün təzminat tələb edirəm”.
O həmçinin qeyd edib ki, nümayəndələrinə bu məsələni bundan sonrakı danışıqlarda mütləq şəkildə gündəmə gətirməsini tapşırıb.
“Nümayəndələrimə tapşırmışam ki, bu məsələni bundan sonra keçiriləcək bütün danışıqlarda qəti şəkildə gündəmə gətirsinlər”, - ABŞ lideri vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər