Bəhreyn və Küveytin bu ayın əvvəlində İran ərazisində yerləşən hərbi hədəflərə hava zərbələri endirdiyi bildirilir.
“Qafqazinfo” “The Wall Street Journal” (WSJ) nəşrinə istinadən xəbər verir ki, zərbələr pilotsuz uçuş aparatları və raketlərin saxlanıldığı obyektlər, eləcə də digər hərbi infrastruktur obyektlərini hədəf alıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də mümkün hədəflərlə bağlı kəşfiyyat məlumatları təqdim edib və hava hücumundan müdafiə dəstəyi göstərib.
Bildirilib ki, son həftələrdə İranın cavab hücumları əsasən ABŞ hərbi bazalarının yerləşdiyi Bəhreyn və Küveytə yönəlib.
Bu səbəbdən hər iki ölkə İranın hücumlarına cavabsız qalmamaq qərarına gəlib.
Qeyd olunub ki, regionda gərginlik ABŞ Prezidenti Donald Trampın iyulun 8-də İslamabad memorandumunda nəzərdə tutulan atəşkəsin artıq qüvvədə olmadığını bəyan etməsindən sonra daha da artıb.
Son xəbərlər
Son Xəbərlər